Məndən üzün yaşırma kim, səcdəgahım oldur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Məndən üzün yaşırma kim, səcdəgahım oldur,Seyr edərəm bu çərxi, xurşidü mahım oldur.
Hüsnün çırağın, ey can, pərvanə kimi keçdim,Tarik içində rövşən göründü, rahım oldur.
Pərhiz edərmi aşiq, ey eşqə münkir olan,Dersəm ki, tərkini ur, mənim çü şahım oldur.
Kirpiklərinlə qaşın olmuşdur ismi-ə’zəm,Divdən dəxi nə qorxu, çünkim, pənahım oldur.
Həq də’vidən şəhadət istərlər isə məndən,Mən onu bulmuşam kim, yenə güvahım oldur.
Ey dünyanın rəisi, mənə həqir baxma,Mən necə müflis olum, çün izzü cahım oldur.
Sən məndən olma qafil, istə ki, ta biləsən,Anı ki, tanımışsan, fəzli-ilahım oldur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimiyəm ki, düşdüm üzün gülündən ayrı,Bülbül kimi çəməndə fəryadü ahım oldur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-menden-uzun-yasirma-kim-secdegahim-oldur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Aşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
ÜrəkDeyirlər: uçsa ürək, qopsa candan,ölər insan.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.