Bir dəfə toprağa tohum səpilir,Bir dəfə saralır, zəmi, bir dəfə.Bir dəfə dünyaya gələn nə bilirBir dəfə sevəcək, cəmi bir dəfə.

İkinci sevgidən etmə gileyiAtılan ox kimi uçma hədəfə.İnsana dünyanın ən əziz şeyiBir dəfə qısmətdir, cəmi bir dəfə.

Sən ay iki başlı məna axtaranGünün günortası gül olma kefə.Bir dəfə səhv edir minaaxtaran,Ömründə bir dəfə, cəmi bir dəfə.

Çalış çaldığını çal sarı simdəBu kibrit günlər ki, düzülüb səfə;Yüz dəfə can vermə, gələn ölüm dəBir dəfə gələcək,cəmi bir dəfə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri