Quşlar xəbər verməz mənə
Daha yazın gəlişiniQuşlar xəbər verməz mənə.Yuxusunda arı görərGüllər yuxu görməz mənə.
Dodağında sirr saxlıyarQönçələr açıb söyləməz.Qar altından çığırlar daÜstümə qaçıb söyləməz.
Çevrilib üzümə baxmazŞütüyüb yanımdan keçər.Axar sular mənə axmaz,Yaxan gün qanımdan keçər.
İçimdə gənçlik yası var,Harda itirdim yazı mən?Hər quşun bir yuvası var,Qara qışın yuvası mən.
Dünyanın artıq yeri yox.Mən də artıq yer tutmaram.Nə fərqi var isti, soyuq,Gəlsə də xəbər tutmaram.
Allah bağışlasın deyin.Allah məni bağışlıyar.Daha getməz uzaqlaraQara qış məndə qışlıyar.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-quslar-xeber-vermez-mene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Aydın düşüncəli alim Ərəstu.Böyük tacidara səna oxudu,
می فارغ از جهان مکرر کند ترادر هر پیاله عالم دیگر کند ترا
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm