Dağların başına düşən qardımı,Dumandan xəbərsiz, çəndən xəbərsiz?!Sinəmi göynədən intizardımıQəlbimdən xəbərsiz, məndən xəbərsiz.

Qırdım öz əhdimi mən bilə-bilə,Haqqın var yanımdan keç gülə-güləƏriyim oduna qoy gilə-giləMən səni sevmişəm, səndən xəbərsiz..

Gör mənim qismətim nələr-nələrmiş,Sən uzaq sandığın yaxın gələrmiş.Sən demə dağlara qar ələnərmişDumandan xəbərsiz, çəndən xəbərsiz,Mən səni sevmişəm səndən xəbərsiz…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri