Bəxtimə düşən gün
Bacım Gülyaz’a
Ay bacı, az belə Allaha yalvarAy bacı, az belə baxtıma baxdır.Yetər, dərd eləmə neçə qızım var,Yetər, dərd eləmə uşaq uşaqdır...
De hansı xoşbəxtin qisməti yazdıDəyişən zamanın günü, ayıdır.Az mənim bəxtimə gəl dua yazdır,Pis günün özü də tale payıdır.
Varsa diləyini duyan ay bacı,Suların üstündə axşam, səhər sən.Qırışan sifətin, tökülən saçınİlham əvəzini istə taledən.
Onsuz da pisliyin işi yerimir,Sözümü yüz yerə yozanlar olub.Halal zəhmətimi, alın tərimi,Bəxtin ayağına yazanlar olub.
Çox olub bəxtindən küsən adamlar,Ay bacı, az belə baxtıma baxdır.Mənim pis günümü gəzən adamlar,Mənim pis günümdə ağlayacaqdır.
Falçıya inanma! İnansa əgərO bəxtsiz özünün bəxtinə baxar.Ürək ağrısı da taleyə bənzərKeyfi istəyəndə tutar, buraxar.
Ay bacı, az belə baxtıma baxdırOnsu da ürəyim yanan fitiltək,Aralıq ayına sancılan iltəkBir gün kürəyimə saplanacaqdır,Ay bacı, az belə baxtıma baxdır.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-bextime-dusen-gun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
FələkNeylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk