Qardaşlarım, o şən illər çıxdımı əldənNiyə sizə həsrət oldum, qardaş olmadım?!

Ayaq açıb uzaq düşdüm obadan, eldənKöksünüzdə mamır basan bir daş olmadım.

Quru adım üstünüzə salarmı kölgəHərdən hərdən qulağıma çatar dərdiniz.Eh nə bilim ayağınız olsaydı bəlkəŞəhərəcən arxam ilə yüyürərdiniz.

Anamızı əlimizlə verdik toprağa,İtkin düşən atamızın xəbəri var mı?!Nədən vaxtsız xəzan əsdi bağçaya, bağa,Ay ağ gilas, qızıl zoğal, şəftalı armud?!

Dili oğul söyləsə də qəlbi yar dedi,Bu həsrətdən saçlarına çığır saldı dən.O dünyada ulduzumuz barışar dedi,Heç orda da öz əhdinə çatmayıb deyən.

O təpədə baş daşımı toprağı yaran,Ya anamın onu gəzən həsrət əlidir.O dünyada bu dünyadan qalıb nigaranArzusuna çatan kimi çəkilməlidir.

O təpədə arzularmı toprağı yaran,Ya anamın məni gəzən əli çöldədir?!O dünyada bu dünyadan qalıb nigaran,Könlü məndə, köksü sizdə, gözü eldədir.

Anamızı əlimizlə verdik toprağa,İtkin düşən atamızın xəbəri var mı?!Nədən vaxtsız xəzan əsdi bağçaya, bağa,Ay ağ gilas, qızıl zoğal, şəfalı armud?!

Mən gedirəm, sizə qalır ana toprağıÖlənəcən xəbərimi daşıyarsınız.Kökünüz ki, belə qucub ana toprağıSiz yaşayın, milyon il də yaşayarsınız!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri