Aça bilməyirik nə sırsən beləFəhləsən, kəndlisən, nazirsən belə.Kimin çörəyini kəsirsən belə,Kimi aldadırsan, ay zalım oğlu?

Bu qulaq nə qədər yalan yiyəcək?Verən aldanacak, alan yiyəcək.Nə töksən, onsuz da balan yiyəcək,Kimi aldadırsan, ay zalım oğlu?

Şirnikib nəfsini qəsdə çevirmə,Torpağın altını üstə çevirmə.Öləndə üzünə üz də çevirməz,Kimi aldadırsan, ay zalım oğlu?

Əlləri cibində boş gəzən oğlan,Bir səpib, yerində beş gəzən oğlan.Dayan, ay pamıqla baş kəsən oğlan,-Kimi aldadırsan, ay zalım oğlu?

Bu haray mescidin, kilisənin deyil.Bu el də bizimdir kimsənin deyil.Bu yalan danışan dil sənin deyil,-Kimi aldadırsan, ay zalım oğlu?

O satan kim oldu, bu satılan kim?Daş atan, dalınca daş atılan kim?Yaşatan bəllidir, yaşadılan kim,-Kimi aldadırsan, ay zalim oğlu?

Ay “üç”ün yerinə “beş” yazan kişi,Boğazı ucundan baş yozan kişi,Kimin əllərində əşyasan, kişi,Kimi aldadırsan, ay zalım oğlu?

Elə çiçək çiçək, gül gülük deyir,Görünür, hər yetən ülgülük deyil.Bu dünya dediyin tülkülük deyil,-Kimi aldadırsan, ay zalım oğlu?

Açdınmı açılmaz sirri sən özün.Bir bilək ölüsən, dirisən özün.Yaxanı yan çəkmə biri sən özün,-Kimi aldadırsan, ay zalım oğlu?

Nə dil anlıyırsan, nə haqq bilirsənYaxın mənzilini uzaq bilirsən.Əgər iç üzünü bu xalq bilirsə,-Kimi aldadırsan, ay zalım oğlu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri