Nə ağzına su almısan?Bir cavabsız sualmısan?Niyə belə qaralmısanHaçandı yasım, ay bulud?

Yaşım tükənibdi, yaş ver.Yerdə qalanını boş ver.Qara yaylığını borç verGözümə basım, ay bulud.

Ya bən qoşum, ya sən haxla,Sinəmi tərk et son ahla.Nolar, mən ölüm, sən ağlaMən qulaq asım, ay bulud.

Aldığını geri göndər.Mənə sonuç yeri göndər.Bir yağmur kəndiri göndərÖzümü asım, ay bulud.

Sənin də əvvəlin sumu?Haçan var etdin yoxumu?Bəlkə yuxumsan, yuxumuHaraya yozum, ay bulud.

Yenə qarşıdan qış gəlir.Payız əlləri boş gəlir.Sən oxu, mənə xoş gəlirYağmur duası, ay bulud.

Vətən Vətəndi, ha deyim...Bəndəyə, Allaha deyim...Qurbətdən daha nə deyim,Daha nə yazım, ay bulud?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar