Yarpaq, sən də budaqdanSolub qürbətə düşdün.Yağış, sən də duluddanDolub qürbətə düşdün.Könül, ölən gününmü-Gəlib qürbətə düşdün?!

Buluda dönmək çünBuxarlanmaq gərəkmiş.Budağa dönmək üçünBaharlanmaq gərəkmiş.Vətənə dönmək üçünMəzarlanmaq gərəkmiş..

Damlalar buxarlanarYağış, qar olmaq üçün.Qönçələr baharlanarBəhər, bar olmaq üçün.Qucağını aç ,Vətən,Yox olub gələcəyəm,Səndə var olmaq üçün…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar