Bu xalq çəpik çalmaq öyrənir hələ
Gələcək oxucu, düşün bu vaxtı,Qışlada qışlamaz qoşun bu vaxtı.Qapını qar basıb, qışın bu vaxtı,işin bu vaxtı,Bu xalq çəpik çalmaq öyrənir hələ.
Ayağa qalxmağı çoxdan unutub,Tətiyi, çaxmağı çoxdan unutub.Sabaha baxmağı çoxdan unutub,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Başının üstündə haqq duası yox,Toyda sevinməyi, yasda yası yox.Bəlkə millət olmaq əlifbası yox,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Düşüb arxasına bir asi-keçmiş.Nöbəti sovuşmuş, sırası keçmiş...Küməsi dağılmış, çırası keçmiş,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Əvvəlin işini sona qoyan xalq,Qəzəb qılıncını qına qoyan xalq,Qan axan əlinə xına qoyan xalq,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Açılan sandığı, pambığı əldə,Soyulan dərisi, qabığı əldə...Əldədir, dirijor çubuğu əldə,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Bəlkə qəzbinə, kininə çalır,Şərin, şərəfsizin şəninə çalır,Bilən yox, heç hansı gününə çalır,-Bu xalq çəpik çalmaq öyrənir hələ.
Hərdən öz kökünə təpiyini çal,Manatını qazan, qəpiyini çal...“Şair”sən də yeri çəpiyini çal,-
Bu xalq çəpik çalmaq öyrənir hələ.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-bu-xalq-cepik-calmaq-oyrenir-hele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
ÇəkirlərBir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.