Süd arxı çəkirdi Fərhad Şirinə,O nə süd arxıydı sormadın, gözəl.Getdin özgələrin görüş yerinə,Sən onun fərqinə varmadın, gözəl.

Kaşki yetməyəydi, yetdi hədəfə,Önündə Gün çökdü, Ay parçalandı.Bu onun kəşfiydi bəlkə ilk dəfə:Bomboz həqiqətlər apağ yalandı...

Bilərdin qismətin hansı biridir,Bir gözdə görsəydin iki görüşü.Bəlkə də bu dünya günah yeridir,Gələn bu günahın toruna düşür.

Nə varsa keçmişin ayaq səsindəÜzünü bozardar saçında ahın.Hələki könlünün bir köşəsində,Təzə yer eləyir köhnə günahın

Çəkir sevənləri sınağa Tanrı,Hər kəsin suçunu üzünə çəkir.Mayası çamurdan yoğrulanlarıŞeytan gölməçəsi özünə çəkir.

O dünya, bu dünya, hardadı sərhəd,Bisutun dağımı qılınca gəlib?Orda yaddan çıxıb qalıb həqiqət,Gələn yalanların dalınca gəlib..

Eşqin yaranışdan boynu bükülü,Sevginin sirdaşı dərddi köhnədən.Nədən yer üzünün ən gözəl gülü,Gedib bataqlığa kök atır, nədən?

Axırda pərvanə aldadır şamı,Sorma niyəsini-son niyəsizdi...Başını şəhvətlə girləyir hamı,Düşüb yerdə qalan eşq yiyəsizdi...

Bu dünya kimləri dərdə salmadı?Fərhada dönürmüş sevgi yasaqla.Ona yaşamağa bir yer qalmadı,Onu heç olmasa yadında saxla...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq