Göy-gövsü-qüzeh,Altdan keçəsən.Ot üstündə şehAlıb içəsən.

Arzuya çatar,Eşitmədin sən?Göy qurşağınınAltından keçən...

Getmə desə dəYadın-yaxının.Ardınca qoşdunGöy qurşağının.

Durdun, o durdu,Qaçdın, o qaçdı.Sən yarıyoldaO dağı aşdı.

Baxt gövsü-qüzehBaxan, çox oldu.Ot üstündə şehVardı, yox oldu.

Günün bələniAşan çağıymış.Yetməyən arzuGöy qurşağıymış.

Nə səmir, nə səs,Nə gövsü-qüzeh.Ömür nəydi bəs

Ot üstündə şeh...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri