Pəncərənim önündə göz yaşı tökər payız...
Bu səs mənim səsimmi, ya taleyin səsimi,Ruhun gizli sirri var hər insanın səsində.Beləcə hər meyvənin içindəki tum kimiAxtarsan Allah yatır hər sözün kəsəsində...
Ömür deyilən nəmi? Üfürdüm, keçdi getdi,Həyatını yaşadım, ilişmişəm “və”sində.Ümid Allaha qaldı, bəlkə Allah ümiddiNəyəsə ümidi var ən ümidsiz kəsin də..
Belə baxanda hamı dilənçidi dünyada,Dilində “Allah” sözü fikri pul kisəsində...Bir ömür verdin Allah, gözün qaldı arxada,Candan başqa nəyim var, nə verim əvəzində..
Könlümə od salmada qədərin qürbət payıDoğum ilim görünər istilik civəsində..Pəncərənim önündə göz yaşı tökər payız,Anam, bacım qüssəli şəkil çərçivəsində...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-pencerenim-onunde-goz-yasi-toker-payiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İşdi qayıda bilsənBu yazın o üzündə
Buludlar dolmağı başara bildi..Buludlar dolmağı başara bildi,Yağış, qar olmağı başara bildi.
Yol darıxdığı yerdəBir ilan kurşun gəzərzərbəsindən ölməyə,
...Sisli payız gecəsinə bənzəyir halımSisli payız gecəsinə bənzəyir halımqədərə əl açıram yüz kərə gündə.
Başqa şairlərin şeirləri · İlahi eşq
Şəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.
Daş qəlbli insanları neylərdin, İlahi?!Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
KatdalarAman haramı katdalar,İnsafı görün arada.
Sevdiyim(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,