Buludlar dolmağı başara bildi,Yağış, qar olmağı başara bildi.Yoxdan var olmağı başara bildi,Yoxdan var olmağı başar.

Qönçə gül olmağı necə başardı,Yanıb kül olmağı necə başardı.Saralıb solmağı necə başardı,Saralıb solmağı başar.

Nə zaman torpağa verildi sədaQarın qucağında gülü bir ada.Beləcə qış yaza məğlub olmadaMəğlup olmağı başar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar