İşdi qayıda bilsənBu yazın o üzündəAğ yelkənlər qaldırırGənçliyin su üzündə.

Bu yazın o üzündəBir üzü qara qış var.Tutulan göy üzündəAğ yarpaqlı yağış var.

Göyləri bulud tutubSorğu-suala, bilmir.Dünya nəyi unudubYadına sala bilmir.

İitirib harda saldınSaldığın izə qayıt.Buxar olub ucaldınSu ol-dənizə qayıt.

Üşüm üşüm üşünürYağmur yağırsa-dəniz.Yəqin səni düşünür,Sənə baxırsa dəniz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hələ yaşamağa dəyər bir az da

Meşə çığırları dönüb bir çaya,Torpaq yağışlardan bəhrələnibdir,

1 dəq
Savalanda yatan igid

Anası ayrılıq çağında oğluna dedi: ”Orda, Savalan dağının başında yuxuya gedəcəksən, atın da keşiyində durub səni qurtdan, quşdan qoruyacaq. O vaxt oyanacaqsan ki, qılıncın qınından sıyrılıb dəstəyi də sənə tərəf,-deməli qısas vədəsi çatıb”.İğid Savalanda hələ də yatır, on ildən bir oyanıb yenə yatır, atı da yanında gözləyir ki, vaxt-vədə çatsın, iğid oyansın… Bu əfsanənin yaşı neçədir? Bir əsirmi, onbir əsirmi? Bəlkə daha çox. Onu oxuduqca başı bəlalı xalqımızın başına gələcəkləri öncə görməsinə heyrət etməmək olmur. Başına gələcəkləri, bir yerə yox beş yerə parçalanacağını hardan bilirdi ki, mənim əzabkeş xalqım, qisasını alacaq igidini Babadağın, Şahdağın, Dəlidağın başında yox, ikiyə parçalanacaq Azərbaycanın Güneyle Quzey sərhəddində Savalanda yuxuya vermişdi? Yoxsa, gələcək faciələr gözəgörünməz ağacdələnlər kimi uzaq yarınların uzaqlığından bizə xəbərlər gətirir, qapımızı döyür,- oyanın deyir, biz eşitmirik .. Oyandıqmı? Oyanrıqmı?*Orda, Savalanda bir iğid yatır,

3 dəq
Bir adam yol gedir bizdən gabagda...

Hərdən üz çevirib taleyə, baxdaÇıxdığı səfərdən qorxub qaçan var.

2 dəq
Mən şair deyiləm..

Bu xalq yeddi yerdən zavala gəldi,Bu xalqın danışan dili olmadım.

3 dəq

Başqa şairlərin şeirləri · Təbiət və bahar