Hərdən üz çevirib taleyə, baxdaÇıxdığı səfərdən qorxub qaçan var.Bir adam yol gedir bizdən qabaqdaYaxşı ki, dünyaya çığır açan var.

Bizi səsləyirdi verdiyi vaxdaBiz hələ dünyaya gələnə kimi.Bir adam yol gedir bizdən qabaqdaAnadan olandan ölənə kimi.

İnanma qəm qəmə yovuşar çətinDüzlüyün eləsi, beləsi yoxdu.Kərəm sevgisinə qovuşur çətinKimin ki, qarşıda Lələsi yoxdu.

Talanar sevdalar, bulanar sularYağanda hicranın kəpənək qarı.Ürəklər qırılar, yollar ayrılar,Olmasa qabaqda bir ipək qarı.

Yaz da Yer üzünə boşuna gəlmir,Boşuna sovuşmur agır xatalar.Qabaqda gedənin xoşuna gəlmirQabağa düşəndə harın atalar.

Gedir qadəmindən nur yağa-yağaYolları ölümdü, itimdi, bilmir.Qəlbinə yatanı çəkir gabağaArxalı, arxasız, yetimdi, bilmir.

Yolundan döndərməz duman da, çən dəKiminsə sözünü deməyə gedir.Yerin bu üzündən duyuq düşəndəYerin o üzünə köməyə gedir.

Kələfin ucunu axtar özündəHazır ol qəfildən gələn qəmə də.Ağ atlı oğlan var bu yer üzündəÇıxar qabağına hər məhkəmədə.

Nədir anaların dilində muraz,Görən gələcəği gözündən öncə.Maşın işığına bənzəyir bir azİnsanın əməli özündən öncə.

Bir nurlu sahil var hələ sabahdaQaranlıq sulara yol açar avar.Bir adam yol gedər bizdən qabaqda,Amma bir adam da bizdən sonra var!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri