Savalanda yatan igid
Anası ayrılıq çağında oğluna dedi: ”Orda, Savalan dağının başında yuxuya gedəcəksən, atın da keşiyində durub səni qurtdan, quşdan qoruyacaq. O vaxt oyanacaqsan ki, qılıncın qınından sıyrılıb dəstəyi də sənə tərəf,-deməli qısas vədəsi çatıb”.İğid Savalanda hələ də yatır, on ildən bir oyanıb yenə yatır, atı da yanında gözləyir ki, vaxt-vədə çatsın, iğid oyansın… Bu əfsanənin yaşı neçədir? Bir əsirmi, onbir əsirmi? Bəlkə daha çox. Onu oxuduqca başı bəlalı xalqımızın başına gələcəkləri öncə görməsinə heyrət etməmək olmur. Başına gələcəkləri, bir yerə yox beş yerə parçalanacağını hardan bilirdi ki, mənim əzabkeş xalqım, qisasını alacaq igidini Babadağın, Şahdağın, Dəlidağın başında yox, ikiyə parçalanacaq Azərbaycanın Güneyle Quzey sərhəddində Savalanda yuxuya vermişdi? Yoxsa, gələcək faciələr gözəgörünməz ağacdələnlər kimi uzaq yarınların uzaqlığından bizə xəbərlər gətirir, qapımızı döyür,- oyanın deyir, biz eşitmirik .. Oyandıqmı? Oyanrıqmı?
Orda, Savalanda bir iğid yatır,Hələ ki, uyuyur qılıncı qında.Hələ ki, yanında gözləyir atı,Hələ ki, arzusu yol ayrıcında.
Qınından sıyrılar o qılınc haçan?On ildə,beş ildə,bir ildə bilmir.O ölmüş qeyrəti bu zamanacanDirilik suyu da dirildə bilmir.
Sabaha səsləyir zamanı yollar,Yollar gah ayrılıb, gah calanıbdır.Girib nağıllarda yatır oğullar,Bir Vətən ikiyə parçalanıbdır.
Oyanmaq çağıdır, oyan, ey yatan,Gör kimlər dünyanı dördəlli tutub.Gör niyə nağıllar uydurub atan,-Arzunun yerini təsəlli tutub.
Nə qədər yatana qoşulub yatım,Yorulub yollarda qalan köçümsən.Sən mənim sabaha son ehtiyatım,Qeyrət damarımda yatan gücümsən.
Tutubsa dağları dumanlar, çənlər
Qopar tufan yəqin, yağar qar yəqin.Bir zaman qılıncla ayrı düşənlərQayıdıb qılıncla qovuşar yəqin.
Özgə cür bilirəm əl üzməz ancaqNamərd əməlindən, vaxt axınından.İkiyə bölünmüş qındı bu torpaq,Araz qılıncını sıyır qınından.
Oyan, qalx nə belə qara batmısan,Qoy duysun harınlar od nəfəsini.Ay zalım, gör gedib harda yatmısan-Əsəb nöqtəsində Yer kürəsinin.
Bu yatmaq nə vaxtın yatmağıdır ki,Zamanın günorta çağı gəlibdir.Oyan, elin-günün göz dağıdır ki,Öz yuxun özünə yağı gəlibdir.
Oyanıb yola düş yol ayrıcındanDərdin anaları üzüb, əridir.Oyan, vaxt sıyırıb qılıncı qından,Gümüş dəstəyinin üzü bəridir.
Dünya dağlarında yatır iğidlərGözləyə-gözləyə öz zamanını.Oyan, onları da oyat bu səhər,Bu ağ yalanların garalt qanını.
Kimi gözləyirsən, ay atam oğlu,Gözləyib fürsəti fövtə verərsən,Gözləyib qoyunu qurda verərsən.Di yatma, dur gəl.Ümüd qıranların belini qır gəl.Min yel atına,Arazı qınından çəkib sıyır gəl:Cənublar, Şimallər bir ola bəlkə,Ayrılan mahallər bir ola bəlkə,Məqsədlər, amallar bir ola bəlkə!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-savalanda-yatan-igid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
عیش عیش ما باشد گر تو یار ما باشیمی دهی و می نوشی رازدار ما باشی
GöyərdiBu dünyanın qara daşı göyərməz.*Musa Yaqub*
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.