Göy meşələr, çəmənlərÇuxasıdır baharın.Ağ cığırlar açılanYaxasıdır baharın.

Çiçəklər yığın yığınGöy otlar dizə çıxır.Elə bilki toprağınArzusu üzə çıxır.

Günəş yön çeviribdirGirova, qara doğru.Cığırların axırıÇıxır bahara doğru.

Aləm isinən zamanYerdən süt buğu çıxırTəbiətin canındanQışın soyuğu çıxır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar