Payız lövhələri
Dağların başına çökür duman, sis,Havadan payızın qoxusu gəlir.Yel əsir, tərpənir sarı bir dəniz,Yorğun təbiətin yuxusu gəlir.
Burulub havada ocaq tüstüsü,Gələn soyuqlardan verdikcə xəbər,Çəkilir torpaqdan yayın istisi,Uzanır gecələr, gecikir səhər.
Soyunur əynini yenə nar bağı,Onun yaxasını külək açıbdır.Şirədən çatlayan narın dodağıElə bil təzəcə çiçək açıbdır.
Buludlar payızın şeriyətiniLibası saralan dağlara yazdı.Dəyişdi təbiət təbiətiniDüzlər soyuq oldu, dağlar ayazlı.
Boldur bağçaların yetirdiyi bar,Ağaçlar çiynindən atır yükünü.Yerində demişdir ellər,obalar;“Gəldi payız günü, toy-bayram günü”.
Dərədə gurlayıb, dağa səs salanPayızın əlvida naləsiydimi?!Nəydi təbiətin hüsnündə qalan,Günəşin saralan şöləsiydimi?!
Yarpaqlar düştükcə öz budağından,Ömür günlərini bir-bir sayırdı.Qışın gəlişini sanki, bu zamanYerin qulağına pıçıldayırdı...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-payiz-lovheleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Bir damlayamMənim azadlığım dumansız səma,Təzə dənə dolmuş tər sünbüllərdir.
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.