Yoxun varlığı
Sən olsan, zamanın nə həddi vardı,Tanıya qapımı ixtiyarlığı.Sən yoxsan, arada qürbət divardıMəni yox etmədə yoxun varlığı..
Qürbətmi, qismətmi araya düşən,Düşüb eşqimizi fəs edib demə.Zalım zərurrətdi bizi bölüşən,Gəl bunun adına təsadüf demə.
Falçının falında yanıldı zəndi,Tale də bir ayrı yeriş yeridi.Sənin həsrətinə qürbət vətəndi,Ayrılıq səninlə görüş yeridi.
Mənəm qəribsəyən qürbət qarında,Baxıb əl eyləyən yaz başında sən..Qarışan yuxumun göz yaşlarında,Yatdığım yastığın yaddaşında Sən!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-yoxun-varligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu Vətənın nəyi var azı-çoxu döyüşər,Dağı, daşı, torpağı, varı, yoxu döyüşər.
QanYa buyruq, ya yumruq altındadır,Dünyanın vətən olmayan torpaqları...
Hər sözün doğrusuQovuldum yad çıxan səs kimi xordan,Daldan “nə işin var?” sorğusu gəldi.
SazMən sizə söz açım təzə nələrdən,Ürəyə toxunan simə toxunmur.
Başqa şairlərin şeirləri · Hicran
Bu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.
چگونه جان ز تنم هجر سینه تاب برد؟من آن نیم که مرا در فراق خواب برد
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,