Təbiət taledə oxşayıb bizə
Təbiət taledə oxşayıb bizə
Sabah nə gələcək başına bilmir.Yaylaqda yay günü qar çıxar dizəXəbərsiz çiçəklər yaşına bilmir.
İlk körpə nəfəsi döyər köksünüBir gözəl yol gedər ana çağına.O günəş, o yağış, o payız günüBir azdan dönəcək göyqurşağına.
Dərədə matorlar ildirım çaxırKözərir qaynaqçı şimşəyi hərdən.Kürsə aşağıda arxayın axırHələki xəbəri yoxdu xəbərdən.
Dünya sual dolu, müəmma doluAçarı yaranır alın tərindən.Eh belə çıxır ki, hər ömrün yoluBir gün düşməlidir Xudafərindən.
Ötən ömürlərin sürəti itiOvçusu zalımdır, ovu da bilmir.Həyat da deyingən qadın kimidir,Gah küsür, gah səni ovuda bilmir.
Ömrü qurban elə obaya, eləBəlkə bu axşamın səhəri yoxdu.Bu yol da dağlara dırmaşır hələHarda qırılacaq xəbəri yoxdu.
Təbiət taledə oxşayıb bizəSabah nə gələcək başına bilmir.Yaylaqda yay günü qar çıxar dizəXəbərsiz çiçəklər yaşına bilmir.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-tebiet-talede-oxsayib-bize
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir dəfə toprağa tohum səpilir,Bir dəfə saralır, zəmi, bir dəfə.
Bu qan yerdə qalan deyilIAzadlıq umurdun bu sən, bu meydan,
Ömür sirli—soraqlıdırGətir xəyalına ilk məhəbbəti,Qapılar bağlanıb, itib açarlar.
Bir də keçməyəcək ələ bu anlarÖmrümüz günlənər, günlər aylanar,Qış yaza qovuşar, yaz da yaylanar,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dedim: – Ey qönçdəhan, könlümü qan eyləmisən,Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən!
QaldıBahar vaxtı yol başdadım Təbrizə,Günüm qaldı, ayım qaldı, il qaldı.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu