Qılınca baxa-baxa
Atın belində yara,dəvənin belində fırKöhnə bir yarğan dibitəzə bir məzar yeri.Cənazə çiyinlərdəgəzdiyi yeri tapır,Dünyanın qar yeridirdünyanın bahar yeri...
Canınla çox öyünməcansızın da canı var,Dərə dərinliyindəduyarsan uçurumu.Qışa quruyub qalan,yaza dil açanı varKölgəsindən bəllidirağacların durumu.
Bir gün ölməyə nə var,olmaq işin çətini.
Yola çıxanlar biliryolçulq nə deməkdir.Arzu hüzün qaynağı,əzabdı ana bətni,Dünya hər şeyi bilibheç nəyi bilməməkdir...
Misralara çevrilibiçimdən çıxan qiyamUnutdura da bilər,xatırlada da məni...Nömrələri dəyişənbir vizit kağızıyamSaxlaya da bilərsən,cırıb ata da məni.
İzini azdırdımıyolunu tutduqların,Quşu uçdu göylərə,suyu torpağa gedir.Nə səni tanıyanlar,nə sən unutduqların,Vətəndən çıxış yoluunudulmağa gedir..
Nə ağac altı kölgə,nə yarpaq üstü işıq..Yarı-yoldaşı görmək-dalınca baxa-baxa...Və məndən keçən vətən-baxtı qatma-qarışıq,Kəsilən başı görmək-qılınca baxa-baxa...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-qilinca-baxa-baxa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Nə bu dərd gərəkdir uşaqlar üçünNə bu dərd gərəkdir uşaqlar üçün,Nə də aramızda bu narazılıq.