Adaşım, bu tarix təkrar olundu
Şair Məhəmməd Hadi’yə
Adaşım, bu tarix təkrar olunduHər şeyi deyəcək bu başlıq elə.Mən də sənin kimi inkar olundum,Adaşım, gəl mənə yoldaşlıq elə.
İnsanın torpaqda inadı yoldu,
Bir əli yetsə də bir əli yetməz.Mənim də niyətim ayaq-baş oldu,Başım ayağımdan irəli getməz.
Dönər misralara alın tərləriİlhamı olanın qisməti yoxdu.Çıxar bazarlara ağ dəftərləri,Yazılan kağızın qiyməti yoxdu.
Quran ayəsidir qədər qismətiSüdü uyudurlar üyüşmək üçün.Əsrin əvvəlində itən MəmmədiƏsrın sonlarına dəyişmək üçün.
Bu çarxı fələyə təkər deyərlər,Səndə itənləri mən də bul, indi.Gəl, itik itiği tapar deyərlərMən itdim, yerimə sən tapıl indi.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-adasim-bu-tarix-tekrar-olundu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Güli-gülzari-rəsalət bu gecəGüli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm