Sübhün gözü yarındaAçılmağa tələsir.Hər kilid açarında,Hər quş yuvasında sirr.

Yüz ümidə bir vədə,Bir “Allah kərimdədir”.Devin canı şüşədə,Mənimki sirrimdədir.

Kim bağlayar, kim açar?Yol da qoyar açmağa.Açar ver, Sim-sim, açar,Bu sirrimi açmağa.

Sevinc qəmə qarışıq,Ömür də var, ömür də.Bir ilahi ağ işıqYatır qara kömürdə.

Hər nəsnənin sirri var,Sirri var hər ərənin.Arxasında sirr yatırHər bağlı pəncərənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri