Yoxdan var edilən...
-Neçin birdən saraldın,söylə, yaşıl çəmənim?-Səni duymaqdan özgə,bir işim varmı mənim?
-Neçin qaraldın, bulud,mənim bəyaz çətirim?-Ürəyindən keçmədisənə yağış gətirim?
-Yağdımı günlü yağış,Doğdumu göy qurşağı?-Ürəyinə dammadıgəlib baxtına baxım.
Sübhün dan yellərindəÜç ilə beş arası:O işıq, bu qaranlıqTanrının işarəsi.
-Tanrım, gündüz varikən,niyə verdin gecəni?-Bəs hardan tapasıydınürəyindən keçəni?
Varmı var olan, Allah,Ya elə yox qədimmi?-Sən səndən xəbərsizyoxdan var etmədimmi?
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-yoxdan-var-edilen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Vəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eyləHəzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabıSəfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
آن شهنشاهی که مداحش خدای داور استساقی روز جزا قسام خلد و آذر است