Hanı durna qatarıUnutduğum misralar?Sonuncu qatar kimiÖtüb keçdi son bahar.Arxada batan günəş,Qarşıda sonuncu qış.Ölüb gedirim mənəBir az bahardan danış...-Arxada soyuqdumu,Öndə soyuqmu?-Soyuq!-Bayırda kimsə yoxmu,Evdə kimsə yoxmu?-Yox!...Hənirtisi üzümdəOvucları ovcumda.-Burdayam, qorxma desəBir adam baş ucumda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar