Sonuncu ümid
Sonuncu ümid də közərdi, söndü,İtdi möcüzəsi, bitdi ofsunu.Sonuncu adam da xəyala döndüSöndürüb sonuncu papirosunu.
Bu gecə his çəkir, həyəcan çəkirSonuncu odundan sonuncu ocaq.Nə imiş qəlbimdən keçən ilk fikirSonuncu fikir də həmin olacaq.
Hardasa uzaqda bir it hürürdü,Sonuncu sinədə sonuncu ürək.Hardasa dərd yığıb, qəm süpürürdüSonuncu şəhərdə sonuncu külək.
Sonuncu duamı qulaq astığım,Birinci kim olub, sonuncu mənəm.Sonuncu şeirdi bəlkə yazdığım,Bəlkə fikirlərin son ucu mənəm
Bu necə tənhalıq Allah,amandı,Göydən “adam adam iyisi gəlir.”Yoxsa bu duyulan Sahib zamandı,Yoxsa yer üzünün yiyəsi gəlir?
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-sonuncu-umid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yenə sevgim can almağa,Qeyzə doluf gəzələnir.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
نهان شد از گل زردی گلی سپید که ماسپید جامه و از هر گنه مبرائیم