Mən gələndə böyüklüyüRuhumla birdi.Adını çəkənlərinYeri Sibirdi.

Bir tanrısal hisdi,Su çəkəndi,-Sonu görünməyən izdi.Torpağa düşən toxum kimiİçimdə göyərməyindən xəbərsizdi...

Addımına dar gəlirdiTarixin dolayları...Köçəbə yollarındaMacalı yoxdu qura,Xəyalında ucaldırdıƏn gözəl sarayları...

Hədəfi- qızıl alamaÜn yetməz bir hədəfdi.Bir ömür həsrət yolu;Damağındaydı dadı!İçindəAxına qarşı üzübKürü tökməyə gedənBir balığın inadı...

Hədəfi- qızıl alamaÜn yetməz bir hədəfdi.Arada nə oldusaTaleyi geri təpdi;Mən gedəndə ;-Adı boynuma yüktü.Türkdü;-Tarihin yan köşəsindəBoynu bükükdü,Böyük olanlarınDərdi də böyükdü....

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri