Çöldə barmağıma tikan batandaÜstünə qaçardım əlləri qanlı.Bir çarpan ürəkdik biz iki candaSən oğul canlıydın, mən ana canlı…

Yaş olub axardı yetim qürurumAtam da yox idi fərqinə varsın.Deyərdən ağlama gözümün nuruGətir barmağını öpüm qurtarsın.

İndi o ilahi sevgilər hanıBir candan keçəydi başqa bir cana.Öpərdin, kəsərdi əlimin qanı,Sənin nəfəsində nə varmış, ana?

Yerlərin göylərə diləyi səndinBaxtına vaxtımın günəşi doğdu.Dünyaya gəldiyim ana vətəndinSən yoxsan, bəlkə heç vətən də yoxdu…

Bəs niyə üstümdən kölgəni çəkdinDöndərib könlümü neylərə, getdin.Bəlkə də göylərdən enən məlkədin,Qayıdıb yenidən göylərə getdin.

İnsanın mənzili ağrılarcadıUzanar vtəndən qürbətə acım.Qan olan ürəyim param parçadıSən yoxsa, mən kimin üstünə qaçım?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri