Allah uzaqlarda deyil...
Təşbeh arama, təşbehin...Allahın, alın yazında.Ot üstünə düşən şehinBuxar olub uçmasında...
Bəlkə dalarsan səsinəAçıq olsa könül gözün.Nədir payız meşəsinəBirdən-birə çökən hüzün...
Başın üstə bu nə baxışBuludları qova-qovaÇisələyən günlü yağış,Eynin tək açılan hava...
Təzə açılan çiçəyinGözündəki məna nədi:Allah uzaqlarda deyilBuralarda bir yerdədir.
Qızıl qumlar arasındaNə deyir qaynayan bulaq:Allahını gəzirsənsəGözlərimin içinə bax!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-allah-uzaqlarda-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir