Səhifə 1 / 3

Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.

Ağca xanım fəryad çəkib diz çökdü.

Tabutu uzaqlaşdırdılar, onu evə gətirdilər...

Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı dincəlmirdi, yaralı quş kimi budaqdan-budağa enirdi, müsibətinə şərik axtarırdı.

Toyundakı cah-calaldan vayında bir əlamət görmürdü. Hanı onlar? Təbarəklər, hacılar, atalar, analar... Deyəsən o keçmiş dünyadan kimsə qalmamışdır. Onların kölgələri isə Ağca xanımdan qaçır, tində, dalanda, qarovul daxmalarında, bazarlarda, zirzəmilərdə, bağ-bağça hasarları arxasında gizlənirlər.

– Qonaqlar hanı? Hanı qonaqlar?

Həmişə İzzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız zülmət bir dama bənzəyirdi. Qaranlıq, tənhalıq, ayrılıq həsrəti, peşmançılıq, qulaq tutan sükut qadını məngənə kimi sıxırdı. İzzətin sağlığında arzuladığı asudəliklər, uşaq sandan sərbəstlik bir tikan olub onun gözünə girirdi. O, balası ilə bərabər bütün sevinci və ümidlərini də basdırmışdı, həyatdan əli üzülmüş kimi, özünü uçurumlardan yuvarlanmış, hələ yerə dəyməmiş bir vəziyyətdə, fəlakət göylərində duyurdu. Uşağı düşündükcə analıq hissləri qəlbinin dərinliklərindən qaynayıb çıxırdı. Əsrlərcə dağlar, daşlar təzyiqinə uğramış, sıxılmış, boğulmuş bir məhəbbət, güclü və odlu bir axın kimi təkan verib yerləri parçalayırdı. Bütün ağırlıqlan aşıraraq üzə çıxırdı. Dəhşətli gurultu qoparır, aləmi lalə rənginə boyayır, yer üzünü tuturdu. Sanki, bundan bu saat müdhiş bir zəlzələnin gurultusu qopacaq, dünyanın bütün əzab-əziyyətlərinə son qoyacaq, hər şeyi bitirəcəkdi. Ağca xanım libasını parçalayır, ağ sinəsini bu od işığına verir. Qırmızı maye hələ qaynayır, hələ qabarır, köpürür, dünyanı ağzına almaq istəyirdi. Sanki bu axının heç kəslə işi yox idi. Yalnız bu tərəfə yönəlib gəlirdi. Ağca xanımın təmiz analıq həyatını tapdayan, müqəddəs hisslərini boğan köhnə ziyafət libaslarını, gərdək pərdələrini, pəncərə tüllərini yandırınaq, işrət guşələrini, görüş məclislərini, gəzinti yerlərini dağıtmaq istəyirdi.

– Qoyun! Yol verın! Həyat bağçasına su gəlir, qoyun sel də olsa səhraları bassın. Qoyun kol-kosu götürsün, zibilləri, xəzəlləri süpürüb aparsın!

Bu nədir?

Ananın gözlərindən axan yaşmıdır, göylərin qəhrindən tökülən doludurmu? Tökün, yağdırın güllələrinizi, ey bulud qoşunları! Ana sinəsindən qopan həsrət küləyi gurlasın, dolu döysün, sel bassın! Qoy məhəbbətin vətəni, analığın üfüqləri tərtəmiz olsun! Hava durulsun, yer təmizlənsin, torpaq öz xasiyyətinə qayıtsın!


Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Elə adam da yox idi ki, bu məsələni dilinə gətirsin. Sanki bu, əvvəldən onların alnına yazılmışdı; sanki bu, bir gəncin boy atması, böyüməsi kimi adi və sual qəbuletməz bir həqiqət idi. Çoxlarına, hətta bu gənclərin öz ailələrinə də elə gəlirdi ki, Vahid Rübabə ilə, Rübabə də Vahid ilə yaranmışdır. Birinin adı gələndə o biri öz-özündən xatırlanırdı. Birini görüb o birisini görməyən adam, açılan üfuqün günəşini görmək istəyirmiş kimi, intizar çəkirdi.

Qəribə budur ki, "məhəbbət" haqqındakı bu mənalı sükut yalnız zahiri deyildi, hətta Vahid ilə Rübabə ikilikdə, lap tənha gəzişəndə belə bu barədə bir kəlmə kəsınəmişdilər, danışa bilməmişdilər, guya alovlu məhəbbətlərindən söz açsalar dilləri, dodaqları yanacaqdı.

Belə sözlər ürəklərinə gələndə ancaq bir-birinə baxır, qıpqırmızı qızarıb, başlarını aşağı salardılar. Lakin onların könülləri səssiz oxunan bir kitab kimi, bir-birinə məlum və aydın idi. Bunun qəlbi onun, onun ürəyi bunun köksündə idi. Bu sükut uzun sürə bilməyəcəkdi, çünki onların sevgisi ilə, bundan doğan və doğmalı olan nəticələr ilə maraqlananlar vardı. Fatma arvad oğlundan kağız aldı, həmin kağızda Rübabədən salam-dua eşidəndə çarqatını yellədərək eniş-yoxuş şəhər küçələrindən yeyin ötərdi. Tanışları onu dayandırıb soruşardı:

– Vahidi evləndirirsən deyirlər, ay qız? Allah mübarək eləsin! Qız kimlərdəndir?

Fatma ana səadətinin sevinci, oğul fərəhi ilə danışardı:

– Mübarəkbadlıq içində olasan! Tarçı Səttarzadənin qızı bənd olub, gədənin də görürəm, könlü atlanıb, Allah sizinkilərə də qismət eləsin!

Fatma arvada Sadığın aldıqları bəs eləmirdi. Pətəklərin balından satıb vurhavur zər-zivər axtarır, parça alır. Gəncəyə kəlağayı üçün sifariş edir, qızıl saat axtarır, qənd, çay hayına qalırdı.

Dünyada ayın da üzündən ləkə əskik olmadığı, günəşin də tutulmaq dərdi olduğu kimi, bu gənclərin toy tədarükündə də qəmgin bir nöqtə var idi. Rübabənin bu xeyir işində anası meydanda yox idi. Analar üçün ən böyük arzu olan övlad toyu Şirin xanıma qismət olmamışdı. Qadın böyük həsrətlə hazırlaşdığı günü görə bilmədi.

O, vaxtilə qapısına gələn elçiləri nəzakətlə qovardı. "Qızım oxuyur, xəyalından da elə şey keçmir". Bununla belə Rübabəyə hiss etdirmədən hazırlıq görərdi. Otaqların ikisini ailənin ümumi ixtiyarından yayındırmağa çalışırdı: "Tək uşaqdır, - deyirdi, - kənara verməyəcəyəm".

Bir ay ərinin rayonlarda verdiyi müsamirələrdən güclü pul gəldi. Şirin xanım həmin pulu öz səliqəsi ilə Rübabənin toy tədarükünə xərclədi.

Deyəsən, yazıq qadın öləcəyini bilirıniş. İki ilin içində əl-ayağını elə yığışdırmışdı ki, Rübabə özünü qurulu ev sahibi saya bilərdi. Bu barədə danışmağı da xoşlamazdı. Sanki o, elədiklərinin hamısını uzun zaman fikirləşəndən, götür-qoydan, qəti rəyə gələndən sonra edərdi. Bir də görərdin küçə qapısı açıldı, hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. Bir də görərdin dərzi gəlib pəncərələri ölçdü, məxmər nümunələri göstərdi ki: "Pərdə hansından tikilsin?". Bunlar hamısı bütün ailə üçün xoş idi, ancaq ixtiyar sahibi Şirin xanım idi.

Bəlkə hər şey öz qaydasına düşəndən, Rübabəyə qurulu ev hazır olandan sonra Şirin xanım qızı ilə qabaq-qabağa oturub nə isə deyəcək, tapşıracaq və öyrədəcəkdi. Lakin bu da Şirin xanıma qismət olmadı. Mərəzinin şiddət etdiyi bir axşamda qızını yanına çağırıb, əlini ürəyinin başına qoydu:

– Eşidirsənmi, - dedi, - qızım?

Güman ki, Şirin xanımın indi də qızına bir çox şeylər deməyə dili gəlmirdi. Ancaq onun son vurğular ilə döyünən və qüvvətdən düşən qəlbi bunları deyə bilərdi və doğrudan da deyirdi:

– Eşidirsənmi, qızım?

Rübabə qara, uzun nəmli kirpiklərini çaldı: "Eşidirəm, ana" demək istədi.

Kirpiklərinin arasından iki damla yaş düşdü. Bunlar balanın anasına son və sadiq sözü idi. Rübabə ağladığını anasına bildirınəmək üçün başını yana çevirdi, göz yaşını sildi. Dönüb xəstənin üzünə baxanda ruhunun uçub getdiyini duydu...

Bu hadisədən sonra heç kəs toy əhvalatını dilinə gətirməzdi. Səttarzadə istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə nə qədər qüssə çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi. Evdə tək dayana bilməzdi. Gözü Şirin xanımı xatırladan bir şeyə sataşdımı, ağsaqqal kişi uşaq kimi hönkürtü vurub ağlardı.

Vahid də Rübabəni gözdən qoymaz, tək buraxmazdı. Dərs ilə, mütaliə ilə başını qatar, vaxt tapanda götürüb şəhərə, ictimai yerlərə çıxardı.

Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Vahid böyük bir tikintiyə mühəndis təyin olunmuşdu, Rübabənin hələlik işləməsini məsləhət görmür, "zəifsən, dərsdən sıxılmısan, - deyirdi, - bir-iki ay dincəl, payızda havalar sərinləyəndə işləyərsən".

Deyəsən Sadıq kişi Azərbaycan İnşaat İnstitutunun dərs cədvəlindən xəbərdar idi. Buraxılış axşamının səhərisi Rübabəni də, Səttarzadəni də yuxudan oyadan o oldu. Xurcunu çiynindən aşıran kimi, Səttarzadə köynəyinin yaxasını düymələyə-düymələyə o biri otaqdan çıxdı.

– Xoş gəlmisiniz, Sadıq!

Sadıq onun əlini sıxdı, Fatmanı təqdim elədi:

– Tanış ol, Vahidin anasıdır.

Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi, bərk əlini Səttarzadənin ağ və yumşaq əllərinə toxundurdu. Sadıq evə göz gəzdirdi:

– Qızım hanı? Dərs ki, qurtarıb.

– Yuxu dərsi oxuyur.

Sadıq kişi səsini alçaltdı.

– Bunu bayaqdan de də, sağ olmuş. Dəyirmançı kimi evə hay salmışam.

– O biri otaqdadır, eşitməz.

Fatma arvad ağzı boğulmuş və möhkəm bağlanmış bir torbanı açmaqla, orada nəyi isə yerbəyer etməklə məşğul idi. Sadıq kişi xurcunu boşaltmağa başladı. İkiqat bükülü şaqqa əti stolun üstünə qoydu, üç şan təzə bal çıxarıb, ehtiyatla divara söykədi. Səttarzadə məcməyi gətirəndə Sadıq dedi:

– Götür əlində at-tut, bir damcı düşməz. Ustası elə toxuyub, bizlərin işi deyil.

İçi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Süfrəyə bükülmüş bir bərni gilənar mürəbbəsi, lay-lay bükülmüş ağ lavaş, yağlı fətir, baş-baş təzə pendir...

Sonra Sadıq torbanı Fatmanın əlindən aldı.

– Səttar dadaş, burda bir az ayın-oyun var... Açıq qab...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şərbət

Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.

19415 dəq
Ananın yarışı

Səhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!

19427 dəq
Havalı adam

Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?

194212 dəq
Mərcan nənə

Mərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:

19425 dəq

Başqa şairlərin şeirləri