İki dəfə doğulanlar
Dədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.
Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qələndər ildə iki dəfə təvəllüd bayramı eləyir, bir qışda - yanvar ayında, bir də iyulun cırcırama istisində. Əvvəl bəzi adamlar başa düşmürdülər, təəccüb eləyirdilər. Sonra Qələndər özü "avamları" başa saldı, yaxşı başa saldı, izah elədi. Daha indi hamıya aydındır ki, Qələndərin təvəllüdü ildə iki dəfədir: qışda, yayda!
Bunu daha başa düşməyən yoxdur. Çoxları da Qələndərin faydalı təcrübəsindən istifadə edərək iki dəfə təvəllüdü dəb salmağa, yaymağa çalışırlar.
İki dəfə doğulmağın düzdür, başağrısı var, amma faydalı şeydir.
Deyəsən, sizin içinizdə buna şübhə eləyən, sual vermək istəyənlər var:
– A balam, iki dəfə doğulmaq necə olan işdir? Qələndər bunu necə izah edib başa salır?
Heç darıxmayın, mən sizin suallarınıza sakitcə cavab verim. Şübhələrinizi də papiros tüstüsü kimi dağıdım getsin. Di zəhmət çəkin, qulaq asın. Qulaq asın, görün Qələndər bu çətin məsələni necə asanlıqla həll eləyir, hamıya başa salır.
O kişi deyir ki, mənim anadan olmağım ilin çətin, soyuq mövsümünə düşüb. Məni anam yanvar ayında - yanvarın 8-də, çillədən 15 gün keçmiş doğub, özü də qışın boranlı, tufanlı günlərində, quyudan su çəkəndə. O saat da isti əsgiyə bürüyüb içəri aparıblar, ağlamağıma baxmayıb, əl-üzümü yuyub bələyə salıblar. Qohum-əqrəba tökülüb gəlib, şadlıq, bayram, gözaydınlığı veriblər. Camaat bir ay anamı, atamı təbrik eləyib. Ayrı cür şadlıq olub. Çünki, bizim ailədə oğlan uşağı olmurdu, dua yazdırmaqdan yorulmuşdular.
Sonra da ki fevral, mart gəlir, çərşənbə, Novruz bayramı, şəkərbura, paxlava, filan... Ailədə baş qarışıb, iş uzanıb, üzüm vaxtı, daha doğrusu, şanıya xal düşəndə yada salıblar "uşağın təvəllüdü qaldı, dəftərə yazılmadı."
Anam yox, atam yazıq təşvişə düşüb, idarələrə qaçıb, kağız, yoxlama, filan çıxardıb, aparıb şəhər idarəsində adımı yazdırıb. İyul ayının 8-də yazdırıb ki, bəli, Məşədi Qənbərin qaragöz oğlu oldu, adını da qoydular Qələndər.
İndi odur-budur həm yanvarın 8-də, həm iyulun 8-də bizdə təvəllüd bayramını qeyd eləyirik, bir il də yaddan çıxarmırıq.
Mənim iki dəfə doğulmağım, Allah sizə qismət eləsin, bax beləcə olub!
Əvvəl anam ah-vay eliyərdi, indi daha öyrəşibdir. Atam onu başa salır ki, ay rəhmətliyin qızı, elə bil iki oğlun olub. İkisinin də zəhmətini çəkəcəkdin, ya yox? İndi Allah sənə verdiyi uşağın qədrini bil, cəfasını çək!
Anam yazıq da üzüyola arvaddır, tabe olur, başını aşağı salıb dey ır :
Sözüm yoxdur, a kişi, Qələndərə canım qurban, nə deyirəm! Hər zəhməti öz boynuma, təki günü xoş keçsin!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-iki-defe-dogulanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!
Babam kərpic kəsəndəŞərqin qədim şəhərlərindən birində ömrünü bina tikməyə, abadlığa sərf edən qoca bənna yaşardı. Rahatlıq bilməyən bu möhnətkeş qocanın günü ağır zəhmətlə keçərdi. Adi torpaqdan, sudan qutu kimi kərpic yaradardı. Əlinin əməyini tikilişdə görəndə sevinər, qanadlanardı. Yaşayışın fərəhini bu mənalı əməkdə görərdi.Günün birində işinə məşğul ikən bir göyçək oğlan ona yanaşıb nəsihət eləməyə başladı. Təşəxxüslə dayanıb dedi:
Şaftalı söhbətiBəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."
Beş almışam!Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."
Başqa şairlərin şeirləri
Yenə nə bərq idi kim, saldı eşq canımğaKi, tüşdü şəm kibi məğzi-üstüxanımğa.
Füzulini təxmisQədəhlərdə hübab-asa könül düşmüş həvalərdən,Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.