Müxbir
Əlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.Hərdən səssiz olur, dalır, düşünür,Hərdən çöhrəsində bir sevinc doğar.
Boş vaxtında gedər idarələrəGördüyü nöqsanı yazar dəftərə.Kızıl neştər ilə getdiyi yerə,Tənqid odu vurub, yandırar-yaxar.
Sosyalizm elinin bir gözətçisi,Aləmə göstərir yakşını, pisi,İnkilab yavrusu, şura pərisi,Alnında silinməz, şanlı bir vəkar.
Ey şura elinin qənc kontrolu!Sən ki xoşbəxt oldun, tutdun bu yolu,Alqışlar, uğurlar sənə, nə mutluTarixə yaraşan adın var ki var!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-muxbir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?
Niyə ovdan ayaq çəkdimBu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır.Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!"
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Başqa şairlərin şeirləri
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Qara dastanKimsə bilməz Tanrıdağın yaşınıDuman almış Altayların başını.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.