Əhdinən, səmədən həyya layəmud,Tut dəstimdən, yetir dür üstə məni.Görsən nadürüstəm, vermə dürüstə,Dürüstəmsə yetir dürüstə məni.

Səmimizə yetişməyir haqq səda,Bir gün olar bükürərlər ağ səda,Günbəz əl xizrədə, məscid-əğsada,Onlar da tanıyır dür usta məni.

Əbcət hesabilə dərs aldım ağdan,Baxmadım qaraya, dərs aldım ağdan,Heyvatək soyuldum, dərs saldım ağdan,Yetirdim dərsimi-dürüst aməni.

Mən Miskinə haqdan gəldi “sin” ayə,Xətm olundu, İrəsula sinayə,Gör necə çulğaşıb sinə-sinayə,Tifiltək görmədim dürüst aməni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri