Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi
Rəvayətə görə bir dəfə Molla Cuma gəlib çıxır Aşıq Ələsgərinvə şəyirdlərinin yaşadığı bir ocağa. Şəyirdləri görürlər ki,qəribin sazı var. Qonağı dişlərinə vurmaq istəyir, ona atmacalaratırlar. Cuma onların cavablarını yerli-yerində verib pərt eləyir.Hadisəni müşahidə edən Aşıq Ələsgərin xoşuna gəlir MollaCumanın hazırcavablığı.
Aşıq Ələsgər soruşur: “Aşıq, hardan gəlib, hara gedirsən?”Alıb Molla Cuma görək nə deyər:
Ağalar, xəbər alsanız,Bilin mən hardan gəlirəm.Cəsədim od tutub yanır,Çıxıban nardan gəlirəm.Mənsur təki müsəxxərdim,Qurtarıb dardan gəlirəm.Aparıb əqlim, kəmalımSatıb bazardan gəlirəm.Billah təmiz uzaq olub,Namusdan, ardan gəlirəm.
Bir şəhərə yolum düşdü,Sultanı çıxmış başa daQabağında əl bağlayıb,Qalmış yüz on dörd paşa daAltı min iki yüz otuz doqquzBayraq var yanaşada,yetmiş yeddi min doqquz yüz otuz dörd qoşunNizam oynar tamaşada.Otuz qapıdan keçibənMən o şəhərdən gəlirəm.
Bir qarıynan bir qoca,Əyləşmişlər xanasında.İyirmi dörd gəlin vardır,Həm onların binasında.Hər gəlinin altmış uşaq,Düzülübdür sinəsinə.On beş-on beş süd əmərlər,Dörd məmə var anasında.Mocuzata heyran olubÇərxi-qəvvardan gəlirəm.
Bir əjdaha kəsdi yolum,Gördüm on iki başı var.Hər başında birdir ağzı,Ağzında otuz dişi varHər kəllədə dörddür gözü,Tamam yüz əlli qaşı varQabağında yazılıbdırÜç yüz altmış yaşı varQorxma deyib mərd yerişliCəlil Cabbardan gəlirəm.
Bir bezircan seyrə çıxmışDoxsan doqquz qul dalıncaGündə beş vaxt iş işlərlərTa İsrafil sur çalınca.Bir şah qırar öz qoşununTəki özü tək qalıncaArif olan bu sualaCavab verər kamalınca.Mən Cümədə xəvər çoxdur,Gəzib diyardan gəlirəm.
Aşıq Ələsgərin şəyirdləri qıfılbəndi aça bilmir, sazlarını verirlərMolla Cumaya, Molla Cuma götürmür, deyir ki, mən burasaz yığmağa gəlməmişəm, söz öyrənməyə gəlmişəm.Rəvayətə görə Aşıq Ələsgərlə Molla Cuma üç gün, üç gecədeyişirlər.
Axır bu qərara gəlirlər ki, onlar bir-birini bağlaya bilmirlər, əlverirlər, bir-birinin sazın öpüb doğma qardaş kimi deyə-gülə ayrılırlar...
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-molla-cume-ile-asiq-elesgerin-deyismesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.