Pəri
Yəqin bil kərəm kanı,Mən yanıram ataşına.Mayılam camalına,Həm gözünə, həm qaşına.Yıxılım ayağına,Durub dolanım başına,Həm sənə qurban olum,Həm də sənin yoldaşına,Yoldaşın pərvazdı, gəlin,Xub yerişin qazdı, gəlin,Bu necə əndazdı, gəlin,Baxışın şahbazdı, gəlin,Doğmuşsan şəmsü qəmər,Gül didarın yazdı gəlin.Ey bahar yazım,Durna avazım,Əlimdə sazım,Eşit niyazım,Aç qolunu qucaqlaşaq,Demək nə lazım,Oynatsın Molla Cümə,Şamama tək səni pəri.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-peri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Deyişmə: Başına döndüyüm, qurban olduğum
— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.