Türklərə məzalimBən şu sətirləri yazarkən gözlərim önündə Qafqasyadan son posta ilə gəlmiş qəzetələr duruyor. Bu qəzetələrin ilk səhifəsində şu xəbərə təsadüf ediliyor:«Dün cümə ertəsi martın 19-nda gecə yarısında bir çox jandarma və polis məmurları Baküdə nəşr edilən bütün türk qəzetələrinin idarəxanələrini basaraq, kaffəsində [hamısını] təhriyyati-icra [axtarış icrası] ilə sahibi-imtiyaz və sərmühərrirlərini təhti-tövqifə [nəzarət altına] alıb həbsxanaya göndərdilər. Tövqif edilən zatlar şunlardır: «Yeni həqiqət» qəzetəsinin sahib-imtiyazı Oruc Orucov, sərmühərriri Məhəmmədsadıq Axundov, «Səda» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, «Yeni füyuzat» məcmueyi-ədəbiyyəsinin sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy əfəndi, heyəti-təhririyyəsindən Cəfər Bünyadzadə, «Şəhabi-saqib» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Əliabbas Müznib Mütəllibzadə.
Əhməd bəy Ağaoğlu10 dəq