Sən uca bir dağın göy gözlərindənSevincdən tökülən gur yaşlar kimi –Axdıqca, ürəyim qopur yerindən,Uçunur bədənim bir ruzgar kimi.

Ey böyük çağlayan, ey təmiz ürək,Yoxmu aramızda bir könül bağı?Səsinə səs verən bəstəkar gərək,Ey qüvvət qaynağı, işıq qaynağı!

Sən də şəlaləsən, təbim yerində,Ürəklər, beyinlər, ruhlar çağıldarSənin də ölməyən nəğmələrində.Fikirlər torpağı, hisslər torpağı

Sənin seylabınla çiçəklər açar,Ey həvəs qaynağı, nəğmə qaynağı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri