Bir dəxi görmək camalın könlüm, ey can, arzular
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bir dəxi görmək camalın könlüm, ey can, arzular,Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.
Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat,Qulluq etməklik tapunda hurü qılman arzular.
Gər səni arzularam, ey canü cananım, nola,Təşneyi-vəslin, nigara, abi-heyvan arzular.
Ta gülüstani-Irəm rüxsarını gördü gözüm,Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular.
Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü,Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular.
Könlümüz arzuladı gər vəsli-cananı, nolaKim, yəqindir arzular dərviş, sultan arzular.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bax axır xəstə Nəsiminin xəyali-xamına,Xatiri dərbəndi-zindan, hurü qılman arzular.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-bir-dexi-gormek-camalin-konlum-ey-can-arzular
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,