Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.
Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.
Aləmül-qeybin süfatı məndən oldu aşikar,Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.
Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.
Ümmühat ilən nə var abaya olmasa xələl,Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.
Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,Talibi-didari-yaram, şadimanam, xürrəməm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-men-ki-dervisem-feqirem-padisahi-alemem
← → düymələri ilə keçid, R — təsadüfi şeir