Mən mülki-cəhan, cəhan mənəm, mən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən mülki-cəhan, cəhan mənəm, mənMən həqqə məkan, məkan mənəm, mən.
Mən ərşilə fərşü kafü nunəm,Mən şərhü bəyan, bəyan mənəm, mən.
Mən kövnü məkanü “kün-fəkan”əmBilgil ki, nişan, nişan mənəm, mən.
Mən surəti-mənidə həqəm, həq,Mən həqqi-əyan, əyan mənəm, mən.
Bir gövhəri əqdəməm-əzəldən,Ey gövhərə kan, kan mənəm, mən.
Mən atəşi-eşqi-nuri-həqqəm,Musayə zəban, zəban mənəm, mən.
Mən cümle cahani-kainatəm,Mən dərhi-zəman, zəman mənəm, mən.
Mən ayəti-müshəfü kitabəm,Ey nöqtədəhan, dəhan mənəm, mən.
Mən qövsilə həm kəmanü tirəm,Ey tirü kəman, kəman mənəm, mən.
Cəmşidi-zəmanü aləm oldum,Cəmşidi-zəman, zəman mənəm, mən.
Mən nəqşi-xəyalü-xətü xaləm,Mən hərfü-lisan, lisan mənəm, mən.
Mən gənci-nihani "küntü-kənz"əm,Mən gənci-nihan, nihan mənəm, mən.
Mən zatü sifati — "kün fəkan"əm,Mən ruh ilə can, can mənəm, mən.
Mən kafirə matəmü müsibət,Möminə iman, iman mənəm, mən.
Mən cənnəti abi-kövsər oldum,Ey səhni-cinan, cinan mənəm, mən.
Mən bəhri-mühitü həm kəranəm,Ey bəhri-kəran, kəran mənəm, mən.
Mən sirrəmü tövhidəm, hədisəm,Mən ğeybü güman, güman mənəm, mən.
Məqtə — şairin təxəllüsü olan son beyt. İnsanü bəşərsən, ey Nəsimi,Həqdir ki, həman, həman mənəm, mən.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-men-mulki-cehan-cehan-menem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,