Mana sənsiz cahanü can gərəkməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mana sənsiz cahanü can gərəkməz,Vüsalın var ikən hicran gərəkməz.
Ləbi-lə’lin zülal abindən ayruŞərabi-çeşmeyi-heyvan gərəkməz.
Qəmindir könlümün təxtində sultan,Bir iqlimə iki sultan gərəkməz.
Yetər dərdin dəva müştaqə, niçünKi, dərdin bilənə dərman gərəkməz.
Gülüstanın gülü sənsiz tikandır,Mana sənsiz gülü reyhan gərəkməz.
Gəl, ey aşiqlərin rizvanı – hüsnünKi, sənsiz aşiqə rizvan gərəkməz.
İki aləmdə didarından özgə,Mana, ey surəti-rəhman, gərəkməz.
Vüsalın şərbətin içən mühibbəFərağın ağusu çəndan gərəkməz.
Mana səbr eyləmək sənsiz, nigara,Əgər müşkil, əgər asan – gərəkməz.
Əzəldə qılmışam eşqinlə peyman,Bütün peyman, sınıq peyman gərəkməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kəsilməz gərçi vəslindən Nəsimi,Gözündən olduğun pünhan gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-mana-sensiz-cahanu-can-gerekmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
یارم سخن عشوه نهاد اندر بارغم تاختن آورد ز من برد قرار
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.