Mişkin saçın səvadına mişki-Xəta derəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mişkin saçın səvadına mişki-Xəta derəm,Mişki-Xəta nə nəsnədir, anı xəta derəm.
Ol həqqi tanıyan ki, üzün Kə’bədir demiş,Mə’nidə hacı oldurur, əhli-səfa derəm.
Eşqin bəladurur deyənə e’tiqad iləHəqdən həmişə başına gəlsin bəla derəm.
Sənsiz mühibbi-sadiqə nazü nəimi-xüld,Dərdü əzabü möhnətü rəncü əna derəm.
Cami-cahannüma dedilər üzünə, vəliHəqdən mən anı ayineyi-həqnüma derəm.
Yoxdur vəfası zərrəcə könlümdə dünyanın,Ol bivəfaya anın üçün bivəfa derəm.
Könlün mənə nə dürlü cəfa kim, dilərsə qıl,Səndən gələn cəfaya xaçan mən cəfa derəm.
Dərdin dəvasın etməgil, ey münkir, əbsəm ol,Şol mə’nidən ki, dərdinə yoxdur dəva derəm.
Ey rənci-eşqə düşmə deyən, doğru aşiqə,Ol rəncə düşməsin ki, ana mən şəfa derəm?
Ol ömrü ki, vüsalın ilə keçmədi müdam,Keçmiş həvavü hərzəyə, badü həva derəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər kim irişdi həqqə Nəsimi kimi yəqinAnı cahanda mən yar ilə aşina derəm.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-miskin-sacin-sevadina-miski-xeta-derem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Krımda axşamlarM. Müşfiqə*Enərkən qızıl günəş qoca dağlar ardına,
Oda yandırma, gülüm, sən yenə pərvanələriOda yandırma, gülüm, sən yenə pərvanələri,Yenə sövdalara salma dəli-divanələri.