Fəzli həqdir vaqifi əsrarımızFəzli həqdəndir qamu ənvarımızFəzl həq göstərmiş idi karımızFəzli həqdir, Fəzli həq memarımız.

Ey özündən bixəbər qafil, oyanHəqqə gəl kim, həq deyil batil, oyanOlma fani aləmə mail, oyanMərifətdən nəsnə qıl hasil, oyan.

Həq-təala Adəm oğlu özüdürOtuz iki həq kəlamı sözüdürCümlə aləm bil ki, Allah özüdürAdəm ol candır ki, günəş özüdür.

Ay ilə günəş üzün heyranıdırMüşk ilə ənbər saçın tərxanıdırÇün Nəsimi əyyamın sultanıdırDövr anın, dövran anın dövranıdır.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale