Peyğəmbərin dedikləri
Bir gün bir məclisəGəldi Peyğəmbər,Vurdu titrək-titrəkKöksündə ürək...Başladı tərifə onu görənlər,Danışdı ağızlar köpüklənərək.Şit tərif ləkədir —Qara bir ləkə —Düşündü, qəlbində ildırım çaxdı.Qəzəblə dinlədi tər tökə-tökə,Peyğəmbər onlara diqqətlə baxdı.
Peyğəmbər astaca qalxdı ayağa,Dilləndi üzündən qəm yağa-yağa,— Mənim əməllərimAllah əmridir,Mən icra edirəm, Allah əmr edir.Sizdə təriflərə bu nə həvəsdir?Rəbbim deyir: Qoru öz hörmətini!Kəsin, yığışdırın, qurtarın, bəsdir,Bu dil rüşvətini, söz rüşvətini.Budur həqiqət:Əgər ləyaqətQalxsa da göylərin yeddi qatına,Rüşvət salar onu ayaq altına.Gözü kölgəlidir hər vaxt cahanda,O rüşvət verən də, rüşvət alan da.Siz onu vicdana qoymayın yaxın,Sakın ey ümmətim, rüşvətdən sakın!Bilin qoruduqca səmimiyyəti —Daha dəhşətlidir bu söz rüşvəti!
...Birdən ürəklərdə duruldu sular,Könüllər elə bil nura büründü.
Nəcib bir məcraya axdı duyğular,Artıq təriflər də xəyala döndü.İnsanlar üz tutduGöylərə sarı:— Kaş ki, belə olsun həmişə Tanrı!
12 mart 1995
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-peygemberin-dedikleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Əsən yellər, bir Allahın eşqinə,Yazdığım naməni vətənə yetir.
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
GələcəkdiDövlətlilər, nə uyubsuz dünyaya,Dünya malı sizə dar gələcəkdi.
چو بحرنامتناهی ست دایما امواجحجاب وحدت ریاست کثرت امواج