Bu gün dərd ağırdır, yaralar dərin,Sən düşmən üstündən tufan olub keç.Deyin, qarşısından nakişilərinQaçmaq kişilərə yaraşarmı heç?

Atan sevdi xalqı, bilirsən özün,Keçdi qanlı əsrin boranlarından.Söylə kimdən qorxub, qaçırsan bu günDünyanın ən qorxaq insanlarından?

Mərdlərə söykənər Vətən dağ kimi,Döyüşsün kimin ki, qeyrəti varsa.Cahanda ən böyük bəla deyilmi,Ordu qaçqınlardan əvvəl qaçarsa?

Bu bir həqiqətdir düşüb dillərə:İgid bir yol ölər, qorxaq min kərə.Niyə belə oldun, sən harda, haçan?Getmişdin igidlər sırasında sən.Cəbhədən dabana tüpürüb qaçan,"Mərdsən" piştaxtalar arxasında sən!

Erməni baş kəsər, heç "uf" da deməz,Bu gün haray çəkir kəndlər, uluslar.Söz var ki, namusu itə at, yeməz!Namusa susayıb bu binamuslar.Xalqın namusudur Vətən torpağı,Hər şeydən ucadır namus bayrağı.

Qalxsın qoy özünü insan sayanlar,Bizdədir mətanət, bizdədir dözüm.Dünən qapımızda qab yalayanlar,Bu gün qanımızı içsinlər bizim?!

Xəyala dönməsin ləyaqətimiz,Axı namus, ismət tapdanır bu gün.

Bizim özümüzə xəyanətimiz,Hünərə çevrilir düşmənlər üçün.

Qoy daha düşməsin vicdana ləkə,Get el keşiyində dur ayıq-sayıq.Vermişik torpağı biz bölgə-bölgə,İndi qarış-qarış qaytarmalıyıq.

Ellər uca tutub öz vüqarını,Haqqa, sədaqətə o təməl qoyub,Burda igidlərin qılınclarınıQeyrət suvarmışdır əsrlər boyu.

Şair, sən də yurdun keşiyində dur,Vətən müqəddəsdir, Vətən əzizdir.Bizə bizdən başqa bir arxa yoxdur,Bizim qüdrətimiz qeyrətimizdir!Bizim qeyrətimiz qüdrətimizdir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən