Üfüqlər
Qürbətdə qərib şadman olmaz imiş,Heç kimsə qəribə mehriban olmaz imiş.Füzuli
— Bağdad üfüqləri çənli, dumanlı,Vətən üfüqləri necədir, görən?Ürəklər, diləklər ahlı, amanlı,Qərib bir yolçuyam bu yollarda mən.
Həsrətdir üfüqlər şəfəqə indi,Gedirəm sehirli, sirli aləmdə.
Deyirəm: çataram üfüqə indi,Silinər qəlbimdən kədər də, qəm də.
Gedirəm, üfüqlər gedir mənimlə,Üfüqlər ardında üfüqlər durur."Həyat zarafatmı edir mənimlə?"Hər kədər dalında min kədər durur.
Böyükdür arzusu eşqin, sənətin,Diləklər çağırır xoş səhər kimi.Yoxdur nəhayəti qəmin, həsrətin,Bu sonu görünməz üfüqlər kimi.
Çox getdim, çox gəzdim, nələri gördüm!Gah dayaza düşdüm, gah da dərinə.Ömrün üfüqünə çatsa da ömrüm,Çatmadım arzumun üfüqlərinə.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-ufuqler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Yağış yağırDamlalar, damlalarsəs salır hər yana,
Məhəbbət oyunuBu məhəbbət oyunuqəribəydi, qəribə
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.