Qafqaz
“Qafqaz özünün ümumdünya-tarixiəhəmiyyətini bir daha nümayiş etdirdi.İran və yunan istilaları kimi, Romayürüşlərinə də burada son qoyuldu”.T.Mommzen
Qafqaz mənim əcdadımın vətənidi,əzabımın, fəryadımın vətənidi,ölənimin, itənimin vətənidi.Qafqaz mənim vətənimin vətənidi.Tarixini xışla yazdı torpaq üstə.Ağ çalmalı bir əsgərdi ulu Qafqaz,dayanıbdı ayaq üstəSancılıbdı bayraq kimi – dağ-dağ üstə.Şimşəklərin, pələnglərin öz adı var, öz adəti,bir də Qafqaz təbiəti.Bənövşənin boynubükük xasiyyəti,burda da bir qədim Qafqaz təbiəti.Prometeydən Şamilədək sözü bütöv, andı qəti.Bu da Qafqaz təbiəti.
Qafqazlıyam deyə bilməz filankəslər,o kəslər ki, Qarabağı səndən istər, məndən istər.Qafqazımdan Qafqaz istər, vətənimdən vətən istər.Təcavüzdü hər niyyəti,təcavüzkar ola bilməz bizim Qafqaz təbiəti.
İsgəndərdən üzü bəri,Pompeylərin, Sezarların ayağının izi bəri,Neçə dilin bir əzbəri!Vətən oldu, məhbəs oldu Qafqaz mənə,mən azadlıq istəyəndə, qəfəs oldu Qafqaz mənə.Məhbusu mən, vətəndaşı mənəm onun,bəlkə Fəxri xiyabanda itən daşı mənəm onun?!Gülüstandan, Türkmənçaydan, on birinci orduyadək,beşiyindən ata-baba yurdunadəkQafqaz boyda daşıdılar Qafqaz, səni,
Xəzər səni, Kürüm səni, Araz səni.Sonra sərhəd, sonra sərhəd dirəkləri,bu da Qafqaz hakiminin Qafqazdakı şah əsəri!
Qərbə, Şərqə saray qurub, ev tikməyi öyrədənlər,Sonra gedib qaranquşdan yuva tikmək öyrəndilər, –meşələrə çəkildilər,toxum kimi səpildilər, torpaq kimi əkildilər.Əsir Qafqaz evdə Novruz bayramını qeyd elədi,Dağda-daşda pencər yığıb, yemlik yedi.Qazayağı, quşəppəyi, acıtərə,əli göyə ağız açdı, ağzı yerə.Ot içindən ot axtardı süfrəsinə,analar öz körpəsinəQafqazda qan əmizdirdi döşündən süd əvəzinə.Görmədi bu acıları, ağrılarırusun, farsın nəcabətli xanımları,Fransanın, İngilisin lediləri,amma Qafqaz sovqatıydı yedikləri.
Qafqazlılar,Qafqazdakı azsaylılar“quldur” oldu quldurların nəzərində,məğrur oldu məğrurların nəzərində.Yayda-qışda ağ kürkü qar,əlçatmayan, ünyetməyən sıldırımlar,adicə göy gurultusu, göydə çaxan ildırımlarvüqarını verdi ona, həyasını verdi ona,qəzəbini, qisasını verdi ona.Quldur deyil, igid oldu, qoçaq oldu,vətənpərvər oğulları vətənindən “qaçaq” oldu,oğlu ölən qəhrəmanın yandı bağrı ocaq oldu,yer partizan nərəsindən gecə-gündüz oyaq oldu.Xalqlar yenə unutmayıb bu adəti,bu da Qafqaz təbiəti.
Qanlı yanvar Qaniçəndən yadigardı,ona – ləkə, bizə – vətən yadigardı.
O şanlı gün, o kin-qisas unudulmaz, Azərbaycan.Gör nə deyib qoca Qafqaz Azərbaycan:qar nə qədər çox yağsa da, yaza qalmaz Azərbaycan.
Yenə qanlı nikolaylar təriflənir,atamanlar, cəld alaylar təriflənir.Yermolovun, Paskeviçin xatirəsi əziz olub,Qafqazı qan çanağına döndərənlər təmiz olub.İkibaşlı bir qartalın hikkəsilə,qanunların ikibaşlı diqtosiləgizlədilir çeçenlərin soyqırımı məlumatı,bu da böyük millətlərin “demokratik” hərəkatı.Bu da Milad bayramının bir töhfəsi,bu da İsa peyğəmbərin tövsiyəsi,küçələrdə itlər yeyir rus gəncinin meyitinibir ay deyil təzə əsgər paltarını geyindiyi.Sonuncu son xəbərlərin yarıböhtan, ya qeybətdi,Qafqaz, bu da azadlıqdan qazandığın əsarətdi.
Aman qatil!bu nə sirdi, danış buyur, –mən adını çəkən kimi ağzımda söz qan qoxuyur.Biz Allaha yalvararıq, xatırlayıb uluları,kölgə kimi ayaqlanır yerdə insan hüquqları.
Qoca tarix, ulu Qafqaz! Aç sinəmin yarasını,mən deməsəm, kim deyəcək bu torpağın ağrısını.Bir az yenə sıxlaşdırın çiyinlərin sırasını.Mən görürəm bu rüzgarın, bu gedişin sonrasını,Qırğın gedir, talan gedir, döyüş gedir,dünyada yerdəyiş gedir.Ərazimiz yad əllərdə, hələ ölüm qoxusu var,sülh deyirik, cavabında müharibə qorxusu var.
Qafqaz oğlu, vətən oğlu, yaxşıları seç pisindən,seç Qafqazın mərdlərini satqınından, xəbisindən,vəzifəyə hərisindən.Namussuzdan namusunu qoru bu gün,
süfrəmizin ruzusunu qoru bu gün.Ocağımız sönə bilməz,bayrağımız enə bilməz,səngərimiz uça bilməz,qaçqınların qaçan yeri yoxdu daha, qaça bilməz.Bir səngərə sığar Qafqaz,bir tabuta fəqət sığmaz.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-qafqaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir