Qanlı kitab
Hərbi hospitalda yaralı cəbhəçiElxan Mirzəyev danışdı ki, həlak olan birəsgərin qoltuq cibindən qana bulaşıq“Fikir eləmə” kitabım çıxıbdı, başqa sənədiyox idi. “Fikir eləmə”dən sonra vergülqoyub, “Vətən, fikir eləmə” yazıbmış.Müəllif
Qan ağlayan şeirlərim,kitab sinəm batdı qana.Qarışdı bir şair qanıbir əsgərin al qanına.Mən bilsəydim, –
dəmirdən üz çəkdirərdim o kitaba,misdən, tuncdan tökdürərdim misraları,ya poladdan kəsdirərdim vərəqləri,təki namərd bir güllədənsaxlayaydı o əsgəri.Yarasına tənzif kimivərəqləri sarıyaydım,ağrıyanda ağrıyaydım.Sözlərimi bu sinədən o sinəyətökə-tökə,“Fikir eləmə” oxusa da,gizli fikir çəkə-çəkəmən kitaba yazdığımıo torpağa yazdı fəqət:tüfənginin darağıyla,bu Azadlıq sorağıyla.İkilikdə bir səngəriqorudu bu məmləkətinbir şairi,bir əsgəri.Hansı sözüm,hansı şerimistəyindən xəbər verib? –Döyüşlərdə qoluna güc,ürəyinə təpər verib?!Görüşümə gələsiymiş bəlkə elə, –təzə cəbhə şeri ilə?!Mən görmədim o əsgəri,sən o yeri göstər mənə.Vətəndəki o vətəni, –o səngəri göstər mənə.Qoy zəvvarın qəbul olsun ziyarəti,o zəvvardı.Mənim Kəbəm, ziyarətimo məzardı.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-qanli-kitab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?
Lirik mahnı“Onu bağışlamaq olarmı?” filmindən*Yenə gəldi ilk bahar
DüşmüşəmAman Allah, dada yetiş,Gör, nə bəlaya düşmüşəm.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.