Qadınsız ev soyuq olar,donar o evdə can, qızmaz.Yerdə ocaq qalasalar,o yer qızar, tavan qızmaz.

Şirin səslim, qara gözlüm,heç bilmirəm necə dözdüm.İndi bildim könül dostum,öz oduna yanan, qızmaz.

Oğul, orda kimdi yatan,nə ün yetən, nə əl çatan.Torpaq üstə şair atan,torpaq altda anan qızmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri